Haqqımızda

 

Son dövrlər Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi sahəsində böyük layihələr icra olunur. Bu layihələr paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasını, respublikanın şəhər və rayon mərkəzlərini, kənd və qəsəbələrini əhatə etməklə kompleks şəkildə həyata keçirilir. Ölkə əhalisinin keyfiyyətli və dayanıqlı içməli su, həmçinin kanalizasiya xidmətlərilə təminatında ixtisaslaşmış tikinti şirkətlərinin də üzərinə böyük vəzifələr düşür.

Azərbaycanın inşaat sektorunda aparıcı mövqeyə malik AZ GRAFT CONSTRUCTİON MMC dövlət şirkətlərinin sifarişi ilə icra olunan içməli və tullantı su infrastrukturlarının yaradılması layihəsinin əsas podratçısı olub. İSZTQQ MMC-nin (2011-2019) hüquqi varisi olan AZ GRAFT CONSTRUCTİON MMC (2019-cu ildə təsis edilib) həm Abşeron yarımadasında, həm də regionlarda magistral və şəbəkə su xətlərinin, kanalizasiya kollektorları və xətlərinin, müxtəlif kommunikasiya sistemlərinin 

tikintisiylə bağlı çoxsaylı sifarişləri yerinə yetirib.

AZ GRAFT CONSTRUCTİON MMC əsasən bu səhələr üzrə ixtisaslaşıb:

  • İçməli su xətlərinin tikintisi (magistral və şəbəkə xətləri)
  • Kanalizasiya xətlərinin tikintisi (kollektor və şəbəkə xətləri)
  • Su anbarlarının tikintisi
  • Su və kanalizasiya nasos stansiyalarının tikintisi
  • Su ölçən cihazların (sayğaclar) quraşdırılması
  • İstilik su xətlərinin tikintisi
  • Kiçik həcmli istilik qazanxanalarının tikintisi
  • Qaz xətlərinin tikintisi

200 nəfərdən çox ixtisaslaşmış kadr potensialına malik müəssisə podrat və subpodrat müqavilələrin icrası zamanı ən son texnologiyalara əsaslanan müasir idarəetmə sistemlərini tətbiq edir. Bu sahədə qazanılmış zəngin təcrübə ən mürəkkəb mühəndis layihələri qısa vaxtda və keyfiyyətlə reallaşdırmağa imkan verir. Ciddi rəqabət şəraitində şirkət layihələrin icrasında sifarişçinin tələblərini əsas götürməklə işlərin minimum xərc və yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışır.  

AZ GRAFT CONSTRUCTİON MMC günün tələblərinə cavab verən nəqliyyat və xüsusi texnika parkına malikdir. Hazırda istismar olunan yükləyicilər, tırtıllı ekskovatorlar, traktorlar, müxtəlif 

növ qoşqular, avtokranlar, həmçinin ağır tonnajlı yük maşınları istənilən sifarişin yerinə yetirilməsinə imkan verir. Şirkət içməli su və kanalizasiya sistemlərinin tikintisi ilə yanaşı, təbii qaz və istilik xətlərinin, inzibati binaların tikintisi işlərini də yerinə yetirir.

Şirkətin ixtisaslı mütəxəssisləri layihələrin icrasının bütün mərhələlərində nəzarət funksiyalarını peşəkarlıqla yerinə yetirir. Maliyyə və material hesabatlarının dəqiq uçotu, işlərin smeta çərçivəsində icrasını təmin edir. Yeni texnologiyaların mənimsənilərək istehsalatda tətbiqi məqsədilə əməkdaşlar təcrübə kurslarına və trenninqlərə göndərilir.

 Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramında icrası nəzərdə tutulan Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya sistenlərinin yenidən  qurulması layihəsini sıfırdan başlayaraq icra edib. Layihə çərçivəsində Zirə anbarından Pirallahı qəsəbəsinə 27 km uzunluğunda magistral su kəməri çəkilib, qəsəbəni Abşeron yarımadası ilə birləşdirən yeni yolötürücüsünün tikintisi ilə əlaqədar gəmilərin maneəsiz hərəkəti üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi konstruksiyalı keçid quraşdırılıb, yeni su və kanalizasiya xətləri onun üzərindən çəkilib. Eyni zamanda Pirallahı qəsəbəsində 72 km paylayıcı su şəbəkəsi, 60 km kanalizasiya xətləri quraşdırılıb, çoxmənzilli 35 yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub və sayğaclaşma işləri görülüb. Görülmüş işlərin nəticəsi olaraq Pirallahı sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar.

AZ GRAFT CONSTRUCTİON MMC Bakı şəhərində yol qovşaqlarının tikintisi, əsas prospekt və küçələrin yenidən qurulması layihələri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin  yenilənməsi və köçürülməsi işlərinə də cəlb edilib.  Paytaxt Bakının əsas nəqliyyat magistrallarından olan Babək prospektinin yenidən qurulması layihəsinin də əsas iştirakçılarından olub. Şirkət prospektdə yeni magistral su xəttinin tikintisi layihəsi çərçivəsində 800 və 1000 mm diametrli polad borularla 2,5 km su xəttinin inşasınn həyata keçirib. Bununla yanaşı Xətai rayonunun Köhnə Günəşli, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivlərində avtomobil yollarının yenidən qurulması layihələrinə uyğun olaraq istismar müddətini başa vurmuş əsas daşıyıcı xətlər bu şirkət tərəfindən yenilənmiş və işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşıdırlmış qrafikə uyğun vaxtda təhvil vermişdir.

Bütün bunlarla yanaşı, Binəqdi rayonunun Binəqədi və Xəzər rayonunun Binə qsəbəsində yeni su xətlərinin çəkilməsi işlərinuin bir hissəsi şirkət tərəfindən həyata keçirilib.

AZ GRAFT CONSTRUCTİON MMC bölgələrdə həyata keçirilmiş bəzi layihələri də uğurla icra edərək başa çatdırmışdır. Prezident İlham Əliyevin Azərbaycan respublikası regionlarının sosoial-iqtiosadi inkişafı Dövlət Proqramlarının icrası ilə bağlı sərəncamlarına uyğun olaraq şirkət Salyan, Zərdab, Oğuz, Kürdəmir, Xızı, Qazax şəhərlərində su və kanalizasiya layihələrinin icrasında iştirak edib. 2011-2012-ci illərdə Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsində yeni yaradılmış Külüllü mənbəyindən Zərdab şəhərinə və ətrtaf kəndlərinə su vermək üçün layihələndirilmiş magistral su kəmərinin 47 km-lik hissəsi bu şirkət tətərfindən inşa olunmuşdur. Hazırda həmin kəmərlə Zərdab şəhəri və bəzi kəndləri özüaxımlı rejimdə keyfiyyətli içməli su ilə təmin olunur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Salyan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri də AZ GRAFT CONSTRUCTİON MMC tərəfindən mərhələlərlə icra edilir.

Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurrulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 35 min nəfərin içməli sutəchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə şəhərdə 131 kilometr içməli su şəbəkəsinin tikintisi planlaşdırılır. İndiyədək Babacanlı  yaşayış massivi və şəhərin mərkəzi hissəsi daxil olmaqla 83 km su şəbəkəsi qurulub və bu istiqamətdə işlər 2020-ci ildə də davam etdirilir. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. 

Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin içməlin su təchizatı sistemlərinin  yaradılması  layihələrində iştirak edən şirkət “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Kürdəmir rayonunun 12 yaşayış məntəqəsində layihələr icra rdilib. Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edən işlərə müvafiq olaraq Külüllü-Kürdəmir magistral kəmərindən yaşayış məntəqələrinə çəkilən magistrallar da daxil omaqla müxtəlif diametrli polietilen borularla ümumi uzunluğu 39,5 km olan su xətləri çəkilib. Həmin kəndlərdə ümumi istifadə üçün  113 ədəd bulaq quraşdırılıb və 11400 sakin bu layihələrdən faydalandıb.

Kənd layihələri çərçivəsində “Azərsu” ASC-nin sifariçinə uyğun olaraq Oğuz rayonunun Astraxanovka, Vladimirovka və Qarabulaq kəndlərinin içməli su təminatı yaxşılaşdırılıb. Adıçəkilən kəndlərin su təminztı məqsədilə 20 km magistral və şəbəkə su xətləri çəkilib.  Kəndlərdə əhalinin ümumi istifadəsi üçün  36 ədəd bulaq quraşdırılıb. Bu layihədən Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin ümumilikdə  2000-dək sakini faydalanıb.

Xızı rayonunun Yeni Yaşma qəsəbəsində isə mərkəzləşdirilmiş içməli şəbəkəsi yaradılıb. 2018-ci ildə icra olunan layihə çərçivəsində Şollar-Bakı su kəmərindən kəndə 5,3 km özüaxımlı magistral su kəməri çəkilib. Kənd ərazisində 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb və hər bir ünvana birləşmə verilərək sayğac quraşıdırlıb. Kəndin relyefi nəzərə alınaraq 2 ədəd hidrofor tipli nasos quraşdırılıb. Yeni yaradılmış infrastruktur vasitəsilə Yeni Yaşma kəndinin 2600 sakini dayanıqlı içməli su ilə təmin edilib.  

Dövlət investisiya layihələri çərçivəsində AZ GRAFT CONSTRUCTİON MMC tərəfindən Qazax rayonunun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərində də içməli su təchizatı layihələri həyata keçirilib.

AZ GRAFT CONSTRUCTİON MMC “Azərsu” ASC ilə yanaşı, “Azərenrji” ASC, “Azəristilik” ASC, “Azəriqaz” İB, Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə icra layihələrin də podratçısı kimi bir sıra layihələr üzrə tikinti-quraşdırma işlərini həyata keçirmişdir.

Şirkət rəhbərliyi tikinti sektorunda əldə olunan təcrübəni əsas götürməklə ölkə iqtisadiyyatının uzunmüddətli inkişaf istiqamətlərini təhlil edərək gələcəkdə icra olunacaq infrastruktur layihələrində iştirak imkanlarını yenidən qiymətləndirir. Modern hidrotexniki qurğuların, su və kanalizasiya sistemlərinin yaradılması sahəsində ixtisaslaşmış şirkət olaraq gələcək fəaliyyət üçün yeni strategiya üzərində iş aparır.

[/vc_column_text][/vc_column][/vc_row]